Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxdı

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının COVID-19 analiz nümunələrinin nəticələri neqativ çıxdı

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında Koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticələri neqativ çıxıb.

BANM-dan Trend-ə verilən məlumata görə, Ali Məktəbin əməkdaşlarında virusa yoluxma halı qeydə alınmayıb.

Müəssisə daxilində virusla mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara və daxili normativ sənədlərlə müəyyən edilmiş qaydalara qeyd-şərtsiz olaraq tam əməl olunur.

Baş verə biləcək risklərin, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq üçün, dezinfeksyaedici məhlullardan və tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanması (ən azı 2 metr) da daxil olmaqla digər müəyyən olunmuş tədbirlərə nəzarət edilir.

Mənbə: az.trend.az