Beynəlxalq konfransda azərbaycanlı alimin pandemiya dövründə memarlıq təhsilinə dair məruzəsi dinlənilib

Beynəlxalq konfransda azərbaycanlı alimin pandemiya dövründə memarlıq təhsilinə dair məruzəsi dinlənilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin professor-müəllim heyəti və doktorantları Qazaxıstanda onlayn keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Baş Akademiyasının, Təhsil və Elm Nazirliyinin, habelə Beynəlxalq Təhsil Korporasiyasının təşkilatçılığı ilə keçirilən konfrans “Memarlıq və tikinti sahəsində müasir tendensiyalar: enerji səmərəliliyi, enerjiyə qənaət, BIM texnologiyaları, şəhər mühitinin problemləri” mövzusuna həsr olunub. Qazaxıstan Baş Akademiyasının prezidenti, texnika elmləri doktoru, akademik Əmirlan Kusainov giriş nitqi ilə çıxış edərək COVID-19 pandemiyası səbəbindən bütün dünyada yaranmış mövcud durumda xarici ölkə alimləri ilə ünsiyyət qurduqları üçün onlayn konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

AzMİU-nun Memarlıq layihələndirilməsi kafedrasının professoru, memarlıq doktoru Emir Hüseynov konfransın plenar sessiyasında “COVID-19 pandemiyası dövründə memarlıq təhsili sisteminin səfərbər edilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Mənbə: azertag.az