Koronavirusa qarşı yeni dərman – "Avifavir"

Koronavirusa qarşı yeni dərman – "Avifavir"

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı "Avifavir" adlı dərmanın iyun ayında satışa çıxarılacağını bəyan edib.

Moderator.az-ın məlumatına görə, bu dərman bir vaxtlar ebola virusunun müalicəsi prosesində uğurla praktikadan keçən "Favipiravir" dərmanının komponentləri əsasında yeni üsulla hazırlanıb. "Avifavir"i Rusiya İnvestisiya Fondunun dəstəyi ilə "XimRar" dərman şirkəti ərsəyə gətirib.

Rusiya İnvestisiya Fondunun baş direktoru Kiril Dmitriyev yayda satışa çıxarılacaq "Avifavir"in Kovid-19 virusuna qarşı dünyada müalicəvi əhəmiyyətə malik yeganə dərman olduğunu iddia edib.

Rusiya Səhiyyə Nazirliyinin baş uroloqu, akademik Dmitri Puşkar deyib ki, yeni dərman qısa zamanda, bir həftə ərzində koronavirusa yoluxan xəstələrə müsbət təsir edir, həmçinin pasientlərin tam sağalması üçün güclü immunitet müqaviməti formalaşdırır.

Mənbə: moderator.az