Suraxanı rayonu, Əmircan qəsəbəsində yeni park salınır - Fotolar

Suraxanı rayonu, Əmircan qəsəbəsində yeni park salınır  - Fotolar

Suraxanı rayonunda həyata keçirilən yenidənqurma və abadlıq işlərinin miqyası genişlənib.

“Qafqazinfo” xəbər verir ki, insanların rahat yaşayışına xidmət edən infrastrukturun yaradılması ilə yanaşı ətraf-mühitin mühafizəsi, əhalinin istirahəti və asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə hazırda Əmircan qəsəbəsində Elxan Həsənov və Park küçələrinin kəsişməsində 3 ha ərazidə yeni parkın salınması işləri davam etdirilir. Salınan istirahət parkının ərazisində mövcud yaşıllıqlara qulluq göstərilərək ağaclar budanır, sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə piyada zolaqları salınır.

Sözügedən parkda sakinlərin istirahəti üçün hərtərəfli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Mənbə: qafqazinfo.az