Azərbaycanda tibb ixtisası verən nə qədər təhsil müəssisəsi var? - ARAŞDIRMA

Azərbaycanda tibb ixtisası verən nə qədər təhsil müəssisəsi var? - ARAŞDIRMA

Koronavirus pandemiyasının yayılması bütün dünyada tibbi ixtisaslarının əhəmiyyətini artırmış oldu.

Postpandemiya dövründə də bu sahəyə marağın artacağı gözləniləndir.

Bəs ölkəmizdə tibb ixtisasları üzrə neçə ali və orta ixtisas təhsil müəssisələri var?

Cebhe.info-nun xəbərinə görə, Azərbaycan Tibb Universiteti ölkədə fəaliyyət göstərən yeganə ali tibbi təhsil ocağıdır.

1991-ci ildə universitet adını alan ATU qəbul ballarının yüksək olmasına görə digər universitetlərdən fərqlənir. Bundan başqa Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filial da fəaliyyət göstərir.

Tibb ixtisasları üzrə təhsil verən 9 orta ixtisas müəssisələri fəaliyyət göstərir. Bunlar 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Tibb Kolleci, Naxçıvan Tibb Kolleci, Gəncə Tibb Kolleci, Sumqayıt Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kollecidir.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info