Pizza sifariş edənlər qapını açdıqları zaman bu mənzərə ilə qarşılaşdı - MARAQLI...+ FOTOLAR

Pizza sifariş edənlər qapını açdıqları zaman bu mənzərə ilə qarşılaşdı - MARAQLI...+ FOTOLAR

Rusiyada pizza sifariş edənlər qapını açdıqları zaman ilginc bir mənzərə ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, restoran sahibləri pizza sifarişlərini paylamaq üçün koronavirus səbəbi ilə işsiz qalan dirək rəqqasələrini işə götürüb. Pizza sifarişlərini rəqqasələrin paylaması isə müştərilərdə çaşqınlıq yaradıb.

Dünyanın ən soyuq şəhəri olan Yakutskda koronavirus səbəbi ilə işlərini itirən dirək rəqqasələri artıq evlərə pizza sifarişləri aparırlar. Şəhər sakinləri isə çatdırılma zamanı maska və əlcəkdən istifadə edən rəqqasələri maraqla qarşılayır.

Restoran sahibi Aleksandr Skripin "Kurye olaraq striptiz rəqqasələrini işə götürməyə qərar verdik. Əsil məqsədimiz böhran səbəbi ilə işsiz qalan insanlara dəstək olmaqdır" deyərək bu iş üçün şəhər rəhbərliyinin də dəstəyini aldıqlarını söyləyib.

Kamran

 

Mənbə: moderator.az