Şəmkirdə onlayn rəqs müsabiqəsi keçirilib

Şəmkirdə onlayn rəqs müsabiqəsi keçirilib

1 iyun "Beynəlxalq Uşaqlar Günü" münasibəti ilə Şəmkirdə onlayn rəqs müsabiqəsi keçirilib.

Buta.ws xəbər verir ki, Şəmkir rayon Gənclər və İdman İdarəsi və Şəmkir Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Rəqs dərnəyinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında onlayn rəqs müsabiqəsi keçirilib.

Onlayn rəqs müsabiqəsində rayonunun kənd və qəsəbələrindən qoşulan 20 nəfərdən artıq iştirakçı öz milli rəqslərimizi nümayiş etdiriblər.

Qalib gələn və fəal iştirak edən iştirakçılar diplom və sertifatlar ilə təltif ediliblər.

 

İlkin Həsənov

Mənbə: buta.ws