Payızda qrip yayıldıqca: Virus daha təhlükəli olacaq

“COVİD-19 tibb mütəxəssislərini peyvəndi daha tez hazırlamağa, daha çox peyvənd istehsal etməyəvadar edir”.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya "Rospotrebnadzor"nun rəhbəri Anna Popova deib. O bildirib ki, bir xəstədə iki virus ola bilər:

"Biri kəskin respirator virus infeksiyası (qrip), digəri isə COVİD-19-dur. Bu isə xəstəliyin ağır gedişatından xəbər verir. İnsanları payızda qoruya bilmək üçün məhz indi bunu etmək lazımdır".

O bildirib ki, hazırda mütəxəssislər bir neçə istiqamət üzrə işləyir. Bunlardan biri də koronavirusun digər payız infeksiyaları ilə qarşılıqlı təsiridir:

"Qripə qarşı peyvənd edən insanlar lk növbədə ondan qorunacaqlar. Ancaq bu, insanları xüsusilə asan olmayacaq payız mövsümündə yeni növ koronavirus riksindən də müəyyən qədər qoruyacaq".

Xəzər
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Görünməyən svetofor daha bir qəzaya səbəb oldu - VİDEO

SONRAKI XƏBƏR

Məşhur sənətçi vəfat etdi