Zaha Hadid və onun əsəri - Heydər Əliyev Mərkəzi (FOTO)

Zaha Hadid və onun əsəri - Heydər Əliyev Mərkəzi (FOTO)

Bakı. Trend:

Zaha Hadid 2004-cü ilin bu günü yəni 31 mayda Pritsker memarlıq mükafatına layiq görülən ilk qadın memar olmuşdur.

Trend xəbər verir ki, bu səbəbdən də bu gün National Geographic-in rəsmi saytı onun şedevr əsəri kimi Heydər Əliyev Mərkəzi haqqında foto və məlumatlar paylaşıb.

Məlumatda deyilir: "Pritsker mükafatı laureatı olan Zaha Hadid Sankt-Peterburqdakı Ermitaj Teatrından ayrılanda, portfoliosunda artıq məşhur layihələr var idi: Avstriyanın İnnsbruk şəhərində yenidən qurulmuş xizək atışı və Sinsinnatidə yerləşən (Ohayo ştatı, ABŞ) Müasir İncəsənət Mərkəzi.

 

2007-ci ildə Azərbaycanın paytaxtında genişmiqyaslı tikinti layihəsinə başlanacaq. Zavodun yerində qeyri-adi qübbələri altında sonradan muzey, konfrans zalları və idarəetmə ofisləri yerləşəcək Mədəniyyət Mərkəzinin təməli qoyulacaqdır.

Bu gün Heydər Əliyev Mərkəzi Azərbaycanın və bakılıların ən sevimli məkanı olaraq qalır".

Mənbə: az.trend.az