ABŞ-da etiraz dalğaları koronavurusa yoluxma hallarını artıra bilər

ABŞ-da etiraz dalğaları koronavurusa yoluxma hallarını artıra bilər

ABŞ-ın səhiyyə rəsmiləri son etiraz dalğalarının koronavurusa yoluxma hallarını artıracağı barədə xəbərdarlıqla çıxış edib.

ABŞ-ın Minnesota ştatında dizini əlləri qandallanmış qaradərili şəxsin boğazına saxlamaqla onun boğularaq ölməsinə səbəb olduğu deyilən polis zabiti həbs edilib və ona qarşı qətl ittihamı irəli sürülüb.

Bu hadisənin ABŞ-ın Minneapolis şəhərində törətdiyi zorakı etirazlar dördüncü gündür ki, davam edir. ABŞ-ın onlarla digər şəhərlərində də nümayişlər keçirilir.

Nümayişçilərin bəziləri maska taxsa da, bir çoxları maskasız küçələrə çıxıb.

Sosial məsafə saxlamaq normal şərtlərdə çətin olduğu halda, nümayişlər zamanı bu, demək olar ki, qeyri-mümkündür.

Etirazçılar virusla bağlı narahatlıqlarını bildirsə də, polisin qəddarlığı və irqçilyə qarşı etirazların mühümlüyünü qeyd edib.

Hazırda ABŞ-da COVID-19 infeksiyasına 1.7 milyon insan yoluxub. Dünyada bu baxımdan birinçiliyini saxlayan Amerikada virus 100 mindən çox insanın həyatına son qoyub.

Ölənlər arasında qaradərilər üstünlük təşkil edir. Ağlar arasında ölüm halları 13%, qaradərililərdə isə 25%-dir.

Mənbə: www.amerikaninsesi.org