Bu uşaqlar üçün I sinfə qəbul üzrə müsahibələrə başlanılır

Bu uşaqlar üçün I sinfə qəbul üzrə müsahibələrə başlanılır

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata bu gündən start verilir.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə SMS bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xatırladaq ki, mayın 20-dən isə tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb.

Mənbə: www.unikal.org