Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi videoçarx yayımlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.

Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətində maarifləndirmə məqsədi daşıyır.

Mənbə: az.trend.az