Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda psixoloji problemləri olan şəxs evdən qaçıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkimi Allahverdi Cəlilov polisə müraciət edərək məlumat verib.

O bildirib ki, qulluq etdiyi ruhi-əsəb xəstəsi olan Qazaxıstan vətəndaşı, 1996-cı il təvəllüdlü Armin Nazar Radjuh mayın 29-da yaşadığı evin pəncərəcindən qaçıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxsin yerinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Mənbə: qafqazinfo.az