15 iyundan sonra toy və yas mərasimlərinə icazə verilir?- AÇIQLAMA

15 iyundan sonra toy və yas mərasimlərinə icazə verilir?- AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu karantin rejimi iyunun 15-nə kimi uzadılıb. Sosial şəbəkələrdə gələn həftə toyların, yasların və digər kütləvi mərasimlərin keçirilməsinə icazənin veriləcəyi ilə bağlı iddialar səsləndirilir. Gələn həftədən toyların və digər kütləvi mərasimlərin keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: "Mənim və başqasının bu barədə fikir səsləndirməsi düzgün olmaz. Səbirli olub Operativ Qərargahın bu barədə verəcəyi qərarı gözləmək lazımdır. Təəssüf ki, son həftələrdə yoluxmanın sayı kəskin artıb. Gündəlik yoluxma hətta 250-ni keçir. Düzdür, sağalmaların da sayı kifayət qədər çoxdur. İnsanlarımız ilk öncə bu xəstəliyin varlığını və nə qədər təhlükəli olduğunu anlamalıdırlar. İctimai nəqliyyatda, marketlərdə, parklarda sosial məsafəni qorumalı, tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sanitar-gigyenik qaydalara əməl etməlidir. Belə olan halda biz əvvəlki həyatımıza tezliklə qayıda bilər, toy və digər mərasimlərimizi keçirə bilərik. Bu gün toy, yas və digər insanların kütləvi toplaşdığı mərasimlərin keçirilməsinə icazə verilməsi ölkə ərazisində koronavirusa yoluxanların sayını kəskin artıra bilər. Çünki bilirsiniz ki, toylarda ən azı 200-300 nəfər bir arada olur. Heç kim o insanlar arasında koronavirus daşıyıcısının olmayacağına əmin ola bilməz. Təsəvvür edin, bir nəfərdə bu virus olarsa onlarla insanın koronavirusa yoluxması deməkdir. Ona görə də düşünürəm ki, bu məsələdə səbrli olub, vəziyyətin stabilləşməsini gözləmək lazımdır. Biz bu yola həm özümüzü həm də yaxınlarımızı bu xəstəlıkdən qorumuş olarıq".

Mənbə: sonxeber.az