Bir ay ərzində təqribən 190 min insan imtahanlarda iştirak etməlidir

Bir ay ərzində təqribən 190 min insan imtahanlarda iştirak etməlidir

Bakı, 1 iyun, AZƏRTAC

Bir ay ərzində təqribən 190 min insan imtahanlarda iştirak etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 1-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. Qeyd edib ki, bu prosesə hazırlıq üçün 1500 məktəbə baxış keçirilib. Bu binaların hazırlığı çox ciddi məsələdir.

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.

Mənbə: azertag.az