Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial könüllülərin sağlamlıq imkanları məhdud uşaqlarla görüşü olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sosial könüllülər əvvəlcə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Onlar əmək terapiyasında iştirak edib, uşaqlara yeni əl işlərinin hazırlanmasında köməklik göstəriblər.

Sonra uşaqların istəyinə uyğun olaraq könüllülər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gəliblər. Burada uşaqlar qum terapiyası, bədii tikiş və robotexnika otaqlarının imkanlarından istifadə edib, rəqs nömrələri göstəriblər.

Tədbir yeni salınan Sahil Parkında gəzinti ilə başa çatıb.

Mənbə: azertag.az