Şagirdi az olan məktəblərdə imtahan keçirilməyəcək

Şagirdi az olan məktəblərdə imtahan keçirilməyəcək

Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanlar böyük kəndlərin məktəbində keçiriləcək: “Elə kənd məktəbləri var ki, onlar modul tiplidilər, müasir binaları var, biz belə məktəblərdə imtahan keçirə bilərik. Biz indidən hər kəsə imtahanın harada keçiriləcəyini elan edə bilmərik. Bu barədə məlumatları abituriyentlər şəxsi kabinetlərinə daxil olmaqla öyrənə biləcəklər”.

Mənbə: az.trend.az