“İctimai nəzarət şuralarına ziyalılar daxil edilsin”

“İctimai nəzarət şuralarına ziyalılar daxil edilsin”

Deputat Razi Nurullayev dövlət qurumlarında ictima nəzarət şuralarının yaradılmasının vacib olmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki, R. Nurullayev parlamentdə bildirib ki, həmin şuralara mətbuat nümayəndələri, ziyalılar daxil edilməlidir. Nümayəndələr elə seçilməlidir ki, onlar dövlət qurumundan asılı vəziyyətə düşməsin.

Bundan əlavə, deputatlardan ibarət nəzarət mexanizminin də yaradılmasına ciddi ehtiyac görürəm. Cəlb edilən deputatlar bu və ya digər mənada məsuliyyət də daşıya bilər. Şəffaf və korrupsiyadan uzaq olmaq istəyiriksə, bu nəzarət mexanizmi qurmalıyıq.

Hesab edirəm ki, deputatlar bu missiyanı yerinə yetirməyə hazırdır. Biz də islahatlara dəstəyimizi həyata keçirə bilərik”.

Mənbə: qafqazinfo.az