Məleykə Abbaszadə: “Kənd məktəblərində də imtahan keçiriləcək”

Məleykə Abbaszadə: “Kənd məktəblərində də imtahan keçiriləcək”

“Biz ünvanları elan edəcəyik. Elə kənd məktəbləri var ki, modul tiplidir. Şagird azdır. Yaxşı təmir edilən məktəblərdə imtahan keçirəcəyik ki, ətraf kəndlər də ora gələ bilsin”.

Qazet.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərlə videokonfrans formasında keçirilən mətbuat konfransında deyib.

“Hər kəs imtahan verdiyi binanı görmək üçün şəxsi kabinetinə daxil olub baxa bilər. Eyni zamanda öz məktəbinə də müraciət edə bilər. Məlumatları məktəblərə də göndəririk”.

Mənbə: qazet.az