DİM sədri: "İmtahana telefon və ya başqa vəsait keçirmək mümkün olmayacaq"

DİM sədri: "İmtahana telefon və ya başqa vəsait keçirmək mümkün olmayacaq"

"Abituriyent və məzunlara müraciət edirəm ki, qaydalara uyğun imtahan versinlər, bu, onların sağlamlığına təsir göstərməsin. Bunun üçün onlar imtahana maskada gəlməlidirlər".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanlar ciddi nəzarət altında keçiriləcək: "Kimsə sizi aldadıb telefon və ya başqa vəsait keçirməyə inandıra bilər, bilin ki, bu, mümkün olmayacaq, hamısı yoxlanacaq. İmtahanla bağlı bütün materialları DİM-in saytından əldə etmək mümkündür. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçirəcəyik".

Mənbə: apa.az