“Korona yayda yox olacaq, amma...” – Professordan vacib açıqlama

“Korona yayda yox olacaq, amma...” – Professordan vacib açıqlama

“Koronavirus yay aylarında – yüksək temperaturda yox olur, amma insan bədənində yaşamağa davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu türk professor İlhami Çelik deyib.

Çelik havaların isinməsindən sonra yoluxmaların azaldığını və azalmanın davam edəcəyini bildirib.

Professor havaların isinməsindən sonra yoluxmaların kəskin azalacağını desə də, yay aylarında hansı durumla qarşılaşacağımızın da naməlum olduğuna diqqət çəkib: “Yüksək temperatur önəmli amildir. Virusun yüksək temperaturda yox olduğunu, bu şəraitdə yaşamaq şansının olmadığını bilirik. Ancaq insanlarda yaşamağa davam edir".

Çelik koronavirusun dəniz və hovuz suyu ilə yoluxmadığını söyləyib, bununla belə çimərliyə gedəcək insanları ehtiyatlı olmağa çağırıb.

Mənbə: teleqraf.com