Mingəçevirdə yük maşını aşdı, sürücü xəsarət aldı

Mingəçevirdə yük maşını aşdı, sürücü xəsarət aldı

Mingəçevirdə yük maşınının təkərinin partlaması qəzaya səbəb olubYeniavaz.com xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində, 1-ci paralel küçəsində baş verib.

Hərəkətdə olan qumla dolu “Hovo” markalı yük maşınının qəfildən təkərinin partlaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü 1966-cı il təvəllüdlü Yevlax rayon sakini Yuzafif İmanov müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.yeniavaz.com