Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayacaq.

Trend-in məlumatına görə, Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edəcək.

Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.

Mənbə: az.trend.az