Ukrayna Silahlı Qüvvələrində 12 yeni koronavirus hadisəsi qeydə alınıb

Ukrayna Silahlı Qüvvələrində 12 yeni koronavirus hadisəsi qeydə alınıb

Son bir gün ərzində Ukrayna Silahlı Qüvvələrində 12 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Tibbi Qüvvələr Komandanlığı məlumat yayıb.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrində 118 nəfər COVID-19 koronavirusundan təsirlənib. Ümumilikdə, pandemiya zamanı 111 nəfər sağalıb.
Məlumata görə, ordunun 4 hərbi qulluqçusu bu virusdan vəfat edib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az