Bu kadrlar niyə işlə təmin olunmur?

Bu kadrlar niyə işlə təmin olunmur?

Azərbaycandakı ali məktəbləri bitirənlərin 60 faizi iş tapmaqda çətinlik çəkir. Bu problem uzun müddətdir ki, davam edir.

Ölkəmizdə mövcud olan 54 ali təhsil müəssisəsindən heç biri dünyanın reytinq cədvəlində ilkliyə düşə bilmir. Səbəb əmək bazarına təminatın olmaması və son illər Azərbaycanda pulsuz ali təhsillə bağlı vəziyətin açınacaqlı olmasıdır. Artıq ödənişsiz əsaslara təhsil aşağı səviyyəyə düşüb. Bu da birbaşa həm təhsilin keyfiyyətinə, həm də əmək bazarına daxil olmada çətinlik yaradır.

Reallıq ondadır ki, ali məktəblərdə 4 il müəllimlik ixtisası üzrə oxuyan, xüsusi təqaüd alanlar da işlə təmin olunmur. Mütləqdir ki, işə qəbul olunmaq istəyən şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçsin və imtahan versin. Onlara da birbaşa işə təyinat verilmir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər universitetlər təyinat vermir:

“Bir çox hallarda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar. Ona görədir ki, universitetlərimizin məzunlarının yalnız 42 faizi işlə təmin olunur. Xüsisilə ali təhsil olacaqlarımızda humanitar ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı dövrün tələblərinə və əmək bazarının standartlarına cavab vermir. Hesab edirəm ki, dövlət sifarişli, pedaqoji ixtisaslara qəbul olmuş tələbələrə məzun olduqdan sonra təyinat vermək lazımdır.

Çünki 4 il əvvəl məhz dövlət onları dövlət sifarişli ixtisasa qəbul edib. Amma qəbul olarkən hər bir şəxsə məlumat vermək lazımdır ki, dövlət onu hara sifariş verir.

Düşünürəm ki, 4 il ərzində dövlət sifarişli oxuyan, peqaoji ixtisaslararı fərqlənmə ilə bitirənlərə təyinat vermək lazımdır. Bu həm rəqabət mühitini artırar, həm də daha savadlı şəxslərin bölgələrə gertməsinə şərait yaradar”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info