Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır - FOTO

Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır - FOTO

Bu gün Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş vebinar-müzakirə təşkil edib.Xatırladaq ki, 1950-ci il 1 iyun tarixində BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında bu günü uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün Azərbaycanda da geniş qeyd olunur.Azərbaycanda əhalinin təxminən 40 faizini uşaqlar təşkil edir.Ölkəmizdə uşaq vəyeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

Zoom vasitəsilə baş tutmuş tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı regionlarda çalışan gənc mədəniyyət işçiləri, habelə kitabxanaların uşaq şöbələrənin mütəxəssisləri də iştirak etmişdir. Belə ki, Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nurəddin Babazadə, Nəzakər Rəhmanova, əməkdaşları Əkbər Rüstəmov, Rəfiqə Nəsirova, Leyla Qlıcova, Valıdə Hacıyeva, Aygün Hüseynova, habelə
Gəncə şəhər Uşaq kitabxanasının şöbə müdiri Ellada Dəhazi Rəhimova və başqaları uşaqlara həsr olunmuş müxtəlif mövzularda çıxış ediblər. Vebinar zamanı əməkdaşların uşaqlarının tədbirə canlı qoşulması və fəal iştirak edilməsi iştirakçılar üçün böyük və xoş sürpiz oldu.

Mərkəz tərəfindən keçirilmiş və uşaqlara həsr olunmuş tədbirlər nümunəsində geniş fikir mübadiləsi aparılmışdır.Qeyd edək ki, bu günə qədər Mərkəz uşaqlarla bağlı rəngarəng tədbirlər reallaşdırmışdır. Onların sırasında Şamaxıda məktəb şagirdləri arasında "Surətli oxu" yarışması, Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqəsi, müxtəlif regionlarda "Vətən! Ordu!Şərəf!" adlı vətənpərvərlik mövzusunda rəsm sərgiləri, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Qarabağ lətifələri" adlı təbliğat xarakterli nəşrin təqdimatı və digər tədbirlərin adı xüsusi olaraq vurğulanışdır.

Tədbirin sonunda çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev uşaqlara qayğı dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır. Mövcud istiqamətdə uşaqlarda estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması və onların adət-ənənələrə bağlılığının təmin olunması kimi məqsədlərə nail olunmasında görülə biləcək işlər haqqında öz münasibətini bildirmişdir.

Mənbə: news.day.az