İyunun 1-də tədris proqramına uyğun teledərslər təqdim edilib

İyunun 1-də tədris proqramına uyğun teledərslər təqdim edilib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də “Dərs vaxtı” verilişində Azərbaycan və rus bölmələri üçün proqrama uyğun dərslər keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, III, IV, V və VI siniflər, rus bölməsi üzrə isə III, V, VI və XI siniflər üçün dərslər təqdim edilib.

AZERTAG.AZ :İyunun 1-də tədris proqramına uyğun teledərslər təqdim edilib

Mənbə: azertag.az