Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar ürək əməliyyatı olunub - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar ürək əməliyyatı olunub - VİDEO

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük hospitalında uşaqlar üzərində Rəşad Mahmudov tərəfindən ürək əməliyyatı aparılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə iki uşağa açıq ürək əməliyyatı edilib, həmçinin, 2 uşaq Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə açıq və qapalı ürək əməliyyatı olunublar.

Rəşad Mahmudov bildirib ki, dünya statistikasına görə, anadan olan hər min uşaqdan 8-12-də ürək qüsurlarına təsadüf olunur. Azərbaycanda isə bu göstərici 2-3 dəfə azdır. Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir.

Yeni cərrahi üsulla əməliyyat olunan uşaqlardan 1-i qapalı ürək əməliyyatı, digər 3-ü isə açıq ürək əməliyyatı olunub.

Hazırda hər birinin vəziyyəti normaldır.

Ürək əməliyyatı olunan 7 yaşındakı Şəms Tağıyevanın səhhəti normaldır və o buradan həkimlərə öz təşəkkürünü bildirib.

Əməliyyat olunan uşaqların valideynləri Mərkəzi Gömrük Hospitalında yaradılmış şəraitdən razı qaldıqlarını bildirib, hospitalın həkim və tibb işçilərinə minnətdarlıq hissi ifadə ediblər. Hospitaldan valideynlərə tapşırılıb ki, əməliyyatdan sonrakı mərhələdə uşaqları müayinələrə gətirsinlər.

Gələcəyimiz olan bu uşaqların sağlamlığı daim həkimlərin diqqəti və nəzarəti altındadır. Özlərini xoşbəxt hiss edən bu körpələrin üzlərindəki sevinc və gülüş onların sağlamlığından xəbər verir.

Mənbə: www.realtv.az