İnsanların sosial məsuliyyəti (VİDEO)

İnsanların sosial məsuliyyəti (VİDEO)

Azərbaycanda Xüsusi karantin rejimi iyun ayının 15-ə qədər uzadıldı. Ölkədə xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq həmdə bir sıra qaydaların yumşaldılması prosesi də gedir. Buna görə də insanların bir qismi virusun tam bitdiyini və ya yaxın zamanlarda bitəcəyini düşünürlər.

Bəs həqiqətən də bu belədirmi?
Virusun geniş yayılmasının qarşını almaq üçün ölkədə sərt qaydalar tətbiq olundu, Dövlət tərəfindən zəruri tədbirlər görüldü. Zəruri tibbi, preventiv qaydalar tətbiq olundu. Lakin bir yerdən sonra artıq normal həyata qayıdış üçün bəzi karantin rejiminin yumşaldılması qaydaları tətbiq olundu və bu zamanda vətəndaşlar sosial məsuliyyət nümayiş etdirməlidir.
Baş infeksionist həm də qeyd edir ki, ictimai iaşə məkanlarında, parklarda və digər yerlərdə virusdan qorunma tədbirlərinə ciddi riayət etməlidir və əməl etməyənlərə qarşı vətəndaş qınağını ortaya qoymalıdır.
Koronavirus infeksiyasınnın müalicəsi üçün hələ ki zəruri dərman preparatı və virusa qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.Xatırladaq ki, ölkə ərazisində hazırda 2003 nəfər aktiv koronavirus xəstəsi var.

Mənbə: www.realtv.az