Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin nəticələri ləğv olunacaq

Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin nəticələri ləğv olunacaq

Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanı verəcək şagirdlərin təqdim etməli olduğu sağlamlıq haqqında bəyannamə barədə məsələyə aydınlıq gətirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, şagirdlər imtahana buraxılış vərəqini çap edəndə bəyənnaməni də çap edəcəklər: “Yəni, bir vərəqdə imtahana buraxılış vərəqi, ardınca da bəyənnamə çıxacaq. Şagird bu bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus olmayıb və virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür və bəyənnaməni imzalayıb bizə təqdim edir. Biz bəyənnamədə də qeyd etmişik ki, hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onda onun imtahan nəticələri ləğv edilə bilər. Biz koronavirusu müəyyən etmirik, burada vətəndaş məsuliyyəti öz üzərinə götürür ki, son 15 gündə onda və ailə üzvlərində, eyni zamanda təmasda olduğu adamlarda koronavirus aşkarlanmayıb. Dediyim kimi, qəsdən gizlədən şagirdin nəticəsi ləğv oluna bilər. Bizim məqsədimiz budur ki, şagird bizi aldatmasın, özü bildirsin ki, xəstədir və ya sağlamdır”.

Mənbə: apa.az