Prokurorluq əməkdaşında “COVID-19” aşkarlandı

Prokurorluq əməkdaşında “COVID-19” aşkarlandı

Azərbaycanda prokurorluq əməkdaşında “COVİD-19” aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib:
“Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir”.
Azvision.az

Mənbə: azvision.az