ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

ABŞ-da son sutka ərzində 20 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 600-dən çox insan ölüb...

ABŞ-da son sutka ərzində 20 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 600-dən çox insan ölüb.

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə mətbuat və digər mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son gündə ABŞ-da 20 007 yeni yoluxma hadisəsi qeydə alınıb, bir gün əvvəl bu göstərici 24 146 idi.

Son 24 saat ərzində ABŞ-da 605 nəfər koronavirusdan dünyasını dəyişib, ötən gün 967 nəfərin öldüyü xəbər verilirdi.

Mənbə: www.interaztv.com