Qaydaları pozan tədris mərkəzi - VİDEO

Qaydaları pozan tədris mərkəzi - VİDEO

Bu görüntülər Gəncə şəhəri Nizami prospektində gizli fəaliyyət göstərən tədris mərkəzində lentə alınıb. Tədris müəssisələrinin fəaliyyətinə qoyulmuş qadağa səbəbindən polis sözü gedən ünvana baxış keçirib və həmin tədris mərkəzinin fəaliyyəti dayandırılıb.
Tədris mərkəzinin rəhbəri Fətəli Əliyev mərkəzin karantin rejimi qaydalarını pozduğunu inkar etməyə çalışsa da, təqdim olunan əsaslı faktlar onun təqsirini təsdiqləyib.
Fətəli Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Mənbə: www.realtv.az