Panamada plastik butulkalardan kənd TİKİLİR - FOTOLAR

Panamada plastik butulkalardan kənd TİKİLİR - FOTOLAR

Robert Bezu adlı şəxs 2012-ci ildə utilizasiya proqramına rəhbərlik etmək üçün Kanadadan Panamanın Bokas-del-Toro əyalətinə köçüb.



BiG.AZ-ın bigicture.ru-ya istinadən verdiyi xəbərə görə, o, il yarım ərzində bir milyondan çox butulka toplayıb.

Ərazidəki yeganə poliqon bu miqdarda zibili sığdıra bilməyib.

Belə ki, onları atmaq əvəzinə, Robert ətraf mühitə zərər vermədən plastik butulkalar üçün yeni istifadə yolu tapıb və onlardan kənd inşa etmək qərarına gəlib.



Bu layihə "Plastic Bottle Village" ("Plastik butulka kəndi") adlanır.

Platik butulkalar beton divarların içərisində izolyasiya materialı kimi istifadə olunur və bununla da həm tullantılar, həm də xərclər azalır.



Butulkadan tikilən evlər zəlzələyə davamlıdır. Burada kondisioner quraşdırmağa da ehtiyac olmur (ev həmişə sərin olur).

Proqram Panama sakinlərinə tullantıların utilizasiyasında necə yardım ola bilər?

Məsələn, 1978-ci ildən sonra anadan olan və 80 il yaşayan şəxs yaşadığı müddət ərzində, statistikaya əsasən, 14 400 plastik butukadan istifadə edir. İki mərtəbəli bir evin tikintisi üçün də elə 14 min butulka lazımdır. Beləliklə, bu evlərin inşası tullantıların ətraf mühitə atılmasının qarşısını alır.



Layihə üzərində iş 2015-ci ildə başlayıb və üç mərhələdə aparılır.

Kənd okeana çıxışı olan 33 hektar ərazini əhatə edəcək.



Kənddə təkcə yaşayış binaları deyil, ictimai mərkəz, turizm yolları və yoga mərkəzi olacaq.



Bu proqram təkcə ətraf mühitə deyil, yerli sakinlərə də kömək edir: plastik butulka müqabilində Bezu insanlara düyü və lobya verir.



Zamanla kənddə təxminən 120 evin tikiləcəyi planlaşdırılır.



Natəvan Baxşiyeva
 

 

Mənbə: big.az