Corc Floydu öldürən polis heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTO

Corc Floydu öldürən polis heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTO

ABŞ-da Minnesota ştatının Minneapolis şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduqdan sonra afroamerikalı Corc Floydun öldürülməsində təqsirləndirilən polis əməkdaşı Derek Şovin ən etibarlı həbsxanaya göndərilib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, polisin göndərildiyi "Oak Park Heights" bu zamana kimi bir məhbusun da qaça bilmədiyi və ölkənin ən yüksək səviyyədə mühafizə olunan həbsxanasıdır.

Şovinin bu gün məhkəməyə çıxarılması gözlənilsə də, ölkəni bürüyən etiraz aksiyaları səbəbiylə 8 iyuna təxirə salındığı bildirilir.

Qeyd edək ki, Corc Floyd saxlanılarkən diziylə boynuna basaraq ölümünə səbəb olan və bununla da işdən çıxarılan Derek Şovinin 35 il azadlıqdan məhrum edilməsi istənilir.

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az