Müəllimlərin iş yerinin dəyişdirilməsi (VİDEO)

Müəllimlərin iş yerinin dəyişdirilməsi (VİDEO)

İyun ayının 1-dən etibarən Dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron sənəd qəbulu başlayıb.

Artıq 3300-ə yaxın müəllim qeydiyyatdan keçib və həmin şəxslərdən 500 nəfərdən çoxu elektron ərizəsini təsdiq edib. Proses çərçivəsində hər bir müəllim öz istəyinə uyğun olaraq 4 vakant yer seçə bilər və ümumilikdə müsabiqəyə 7539 vakansiya elan edilib.

Təhsil İnstitutu nəzdində insan Resursları mərkəzinin rəhbəri Murad Camalzadənin sözlərinə görə həmin vakant yerlərdən təqribən 90 faizi Azərbaycan bölməsi digər 10 faizi isə Rus bölməsi üzrə olan fənləri təmsil edir.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd hazırda işləyən müəllimlərin sosial həyat şəraitinin və rifahının yaxlılaşdırılmasına yönəldilib.

Mənbə: www.realtv.az