50 gün İBL arapatında olan koronavirus xəstəsi sağ qaldı - Özünü güzgüdə tanımadı

50 gün İBL arapatında olan koronavirus xəstəsi sağ qaldı - Özünü güzgüdə tanımadı

Bu aparatda bu qədər uzun müddət qalmaq yaşamaq şansını sıfıra yaxınlaşdırır. Amma 44 yaşlı peşəkar bodilbilder ustası Stiv Benks bunu bacardı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Britaniya vətəndaşı Stiv 17 martdan koronavirusun simptomlarını hiss edib.

1 həftə sonra onda ciddi boğulmalar başlayır və xəstəxanaya yerləşdirilir.

Orda kişiyə koronavirus diaqnozu qoyulur, intubasiya edilir və süni ventilyasiya aparatına qoşulur.

Benksin vəziyyəti hər gün pisləşirdi. Onun ürəyi, böyrək və ağciyərləri sıradan çıxdı, sepsis başladı.

Həkimlər onun hər an öləcəyini proqnozlaşdırmışdı.

Lakin hətta böyrəklər imtina etdikdən sonra xəstənin vəziyyəti düzəlməyə doğru gedir.

Ona görə həkimlər onu süni ventilyasiya aparatında uzun müddət saxlayırlar.

Mayın ortalarına kimi düz 50 gün İBL aparatda qalan Benks komadan ayılanda həkimlərin alqışlarını eşidir.

"Gözlərimi yarı açanda danışa bilmirdim, ətrafımda üzləri maskada ağ kostyumda həkimlər əl çalırdılar".

İndi o evdə reabilitasiya keçir. O, ilk dəfə güzgüyə baxanda özünü tanımayıb. Bədəni, əzələləri əriyib. İndi müstəqil olaraq gəzə bilmir, ayaqlar, əzələlər çox zəifdir. Çox əzələ kütləsi itirdiyi üçün bir müddət belə olacaq.

Amma sağ qaldığı və ailə ilə birgə olduğu üçün o, çox xoşbəxtdir.

Milli.Az

Mənbə: news.milli.az