Marion Kotiyar və əri koronavirusa yoluxub

Marion Kotiyar və əri koronavirusa yoluxub

Fransalı aktrisası Marion Kotiyar vətəndaş nikahında yaşadığı əri Giyyo Kane ilə birlikdə koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə Giyyo “Canal +”a müsahibəsində deyib:

“COVİD-19-un yüngül formasını keçirdiyimiz üçün xoşbəxtik. Yenidən yoluxma ehtimalımızın olmağından narahatam, amma sağaldığımız üçün çox sevinirik”.

Mənbə: axsam.az