Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - VİDEO

Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - VİDEO

Yunanıstan iyunun 15-dən ölkə qapılarını bütün turistlərin üzünə açır. Amma bəzi ölkə vətəndaşları 7 və ya 14 günlük karantində qalmalı olacaq.

Bizimyol.info xəbər verir ki, Azərbaycandan gedənləri də Yunanıstanda karantin gözləyəcək. Avropa ölkəsi yalnız 29 dövlətin vətəndaşlarını izolyasiya tədbirinə cəlb etməyəcək. Albaniya, Avstriya, Avstraliya, Şimali Makedoniya, Bolqarıstan, Almaniya, Danimarka, İsveçrə, Estoniya, Yaponiya, İsrail, Çin, Xorvatiya, Kipr, Latviya, Litva, Livan, Malta, Monteneqro, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, Macarıstan, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Çexiya və Finlandiya vətəndaşlarına yaşıl işıq yandırılıb.

Fin turistlərdən birinin “Euronews”a dediyinə görə, ondan virus testi götürülüb, cavab bir neçə gün ərzində verilib: “Afinada sutkalarla gözləməli oldum. Sonra dedilər ki, hər şey qaydasındadır, gedə bilərsən”.

“Ryanair”in kommersiya direktoru Devid O'Brayan xəbərdən məmnunluğunu gizlətmir. Onun sözlərinə görə, Yunanıstan səfərləri şirkətin çox köməyinə gələcək. Uçuş sayları azaldılsa da, təyyarədəki yerlərin çoxu üçün bilet sata biləcəklər.

Mənbə: www.bizimyol.info