“Gənclər və ünsiyyət” onlayn görüşləri çərçivəsində “Münasibətlər” adlı vebinar təşkil edilib

“Gənclər və ünsiyyət” onlayn görüşləri çərçivəsində “Münasibətlər” adlı vebinar təşkil edilib

Bakı, 1 iyun, AZƏRTAC

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Münasibətlər” adlı vebinar keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, psixoloq Fidan Azərqızı, Azərbaycan Kooperasiya Universitetinin mətbuat və ictimai xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər iştirak ediblər.

Görüşün məqsədi Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətinin gənclər arasında təbliği, ideya təkliflərinin müzakirəsi, gənclərin könüllü fəaliyyətlərə həvəsləndirilməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkili, onları maraqlandıran sualların cavablandırılması olub.

Qeyd edək ki, onlayn görüşdə 77 fəal gənc iştirak edib.

Mənbə: azertag.az