Bir cümləlik reklam mətnində 14 hərf səhvi – “Paulaner” şirkətindən Azərbaycan dilinə hörmətsizlik

Bir cümləlik reklam mətnində 14 hərf səhvi – “Paulaner” şirkətindən Azərbaycan dilinə hörmətsizlik

Azərbaycandamal və xidmətlərin çeşidi genişləndikcə rəqabət də artır. Hər kəs öz məhsulunuvə xidmətini reklam etməyə, bu yolla da gəlirini artırmağa çalışır. Ancaqreklamlar heç də həmişə gözlənilən effekti vermir. Bunun əsas səbəblərindən biri isə reklamların anlaşılmaz, yad, Azərbaycan dilinin qrammatikasına uyğunolmayan şəkildə təqdimatıdır. Televiziya və radiolarda nümayiş olunançarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinənsöz və ifadələr, həmçinin, cümlələr nəinki dilimizin qaydalarına uyğun gəlmir,bəzən kobud səhvlərlə müşaiyyət olunur.

Sfera.az-ınməlumatına görə, növbəti belə biabırçı hal 1 İyun tarixində Paulaner şirkətiadından mobil operatorlar tərəfindən istifadəçilərə yönləndirilən bir cümləlikkütləvi sms reklamında yaşanıb. Belə ki, həmin bir cümləlik reklam mətnində nəaz, nə çox – düz 14 hərf səhvinə yol verilib.

Fotodanda göründüyü kimi mətndə Azərbaycan dilinin tələbləri kobud şəkildə pozulmuş,dilimizin orfoqrafik üslubuna zidd olaraq yazılmış cızma-qara fərqinə varmadankütləvi şəkildə mobil operatorlar tərəfindən istifadəçilərə göndərilmişdir.

DövlətReklam Agentliyini Ana dilimizin tələblərinin pozulduğu bu və bu kimi başqahallarla bağlı ciddi tədbir görməyə çağırırıq.

 

Orxan

Mənbə: sfera.az