“Böyüyüb polis olmaq istəyirəm” – Uşaqların bayram sevinci VİDEO REPORTAJ

“Böyüyüb polis olmaq istəyirəm” – Uşaqların bayram sevinci VİDEO REPORTAJ

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb.

Bundan başqa, BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.

Bu gün valideynlər də, nənələr-babalar da öz övladlarını, nəvələrini bayram ilə əlaqədar gəzintiyə çıxarır, onların arzularını reallaşdırmağa çalışır.

Musavat.com əməkdaşları olaraq balacalarımızın oynadıqları, əyləndikləri parkaların birinə üz tutduq. Bayram münasibəti ilə onları təbrik edib, arzu-istəklərini öyrəndik.

Musavat.com Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırladığı video-reportajı təqdim edir:

Mənbə: minval.info