Mətanət Musayeva: "Dünyanın ən məsum varlıqlarını - Gələcəyimizi təbrik etmək istədim..."

Mətanət Musayeva: "Dünyanın ən məsum varlıqlarını - Gələcəyimizi təbrik etmək istədim..."

Newscenter.az.1.06.2020. 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü!

Bu bayramda hər zaman yalnız yaxın ətrafımda olan uşaqları, doğmalarımı təbrik etmiş, heç vaxt sosial şəbəkə üzərindən paylaşım etməmişəm. Amma bu gün bütün usaqları, dünyanın ən məsum varlıqlarını - Gələcəyimizi təbrik etmək istədim...

Bəlkə, ona görə ki, həyatında heç vaxt kaş ki, deməyən insan bu gün ilk dəfə “uşaq” olmaq istədi...

​Lakin, Dünyanın bu günkü durumunu yadıma salıb, tez bir zamanda bu istəyimdən də əl çəkdim...

Mən hər bucağında müharibə olan - Dünyada uşaq olmaq istəmədim...

Mən bütün böyüklərin yalan danışdığı - Dünyada uşaq olmaq istəmədim...

Mən saxta gülüşlərlə dolu olan - Dünyada uşaq olmaq istəmədim...

Mən usaqların şəhid olduğu - Dünyada uşaq olmaq istəmədim...

Mən sevgini pulla satın alan - Dünyada uşaq olmaq istəmədim...

Mən bütün uşaqlara, onların layiq olduğu daha gözəl - Dünya bəxş etmək üçün əlindən gələni əsirgəməyənlərə Var olun deyirəm!

Ümid edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsində uşaqlarımızın bütün problemləri öz əksini tapmış, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya isə öz öhdəsinə düşən işlərin lazımi səviyyədə yerinə yetiriməsinə nəzarət etmişdir.

Bütün körpələrin xoşbəxt təbəssümləri ilə açılan hər səhərimizin daha gözəl sabahlara vəsilə olması diləyi ilə - bayramınız mübarək!!!

Mətanət Musayeva
Bakı Dövlət Universitetinin Coğrafiya fakulətisinin müəllimi

Mənbə: newscenter.az