Uşaqlar Günü Qaradağda qeyd olundu

Uşaqlar Günü Qaradağda qeyd olundu

Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” devizi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi münasibətilə "Nigar" Fond tərəfindən 31 may və 1 iyun tarixlərində Qaradağ rayonunda olan bir qrup fiziki məhdudiyyətli uşaqlara bayram hədiyyələri təqdim olunub.

Eyni zamanda bu kateqoriyadan olan uşaqlar üçün evlərində kiçik bayram tamaşaları, əyləncələr təşkil olunub.

Uuşaqların cəmiyyətə daha tez adaptasiyası, onların sosial proqramlarda daha aktiv iştirakını təmin etmək üçün tədbirlərin ardıcıl formada proqramlaşdılmış bir tərzə davam etdiriləcəyi vurğulanıb.

Həm fiziki məhdudiyyətli uşaqlar, həm də aztəminatlı ailələr üçün yardım kampaniyaları artıq ardıcıl olaraq həyata keçirilir. Bundan əvvəlki illərdə də belə tədbirlər təşkil olunub.

Mənbə: teleqraf.com