Çoxlu Hitlerlərin yaşadığı şəhərcik

İndi Almaniyada əksəriyyət bir vaxtlar ölkəyə rəhbərlik etmiş Adolf Hitleri xatırlamağı xoşlamır.

Nasist jestləri hətta qanunvericiliklə qadağan olunub.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Ohayo ştatındakı bir şəhərcikdə almanlardan fərqli yanaşma göstərən insanlar məskunlaşıb. Serklvilldə çoxlu Hitlerlər yaşayır. Yox, onlar məşhur siyasətçinin nəslinin davamçıları deyil. Hitlerlər haqda ilk məlumatların tarixi orta əsrlərə gedib çıxır.

Hitlerlər onları Adolf Hitlerə bağlamaq cəhdlərindən çox qəzəblənirlər. Çünki Almaniya liderinin əsl soyadı heç Hitler də olmayıb. Adolf dünyaya Şiklqruber kimi gəlib. Serklvilldəki Hitlerlər isə indi yaşadıqları ərazidə ilk evləri tikənlərdən olub. 1799-cu ildə yaşayış massivini formalaşdırmağa başlayıblar.

Bura ilk köçən Corc və Syuzanna olub. Onlar dünyaya 11 uşaq gətiriblər. Əlbəttə, nəvələr, nəticələr də doğulub.

Hitlerlərin Serklvilldə ayrıca qəbiristanlığı da var. Nəvələrdən biri – Corc Hitler öz torpaq sahəsində kitabxana tikmişdi. Elə qəbiristanlığın əsasını da o qoymuşdu. İndi burada 18 Hitlerin məzarı var.

Serklvill Hitlerləri Almaniya liderinə görə az əziyyət çəkməyiblər. Şəhərcikdə onları çox dürüst və əxlaqlı adamlar kimi tanıyırlar. Amma kənar şəxslər Hitler soyadını eşidən kimi çəpəki nəzərlərlə baxırlar. Buna görə Corc və Syuzannanın nəslinin davamçılarının bir çoxu yaşayış yerini dəyişib. Yaxşı vəzifəsi olanlardan hətta soyadını dəyişənlər də var.

Hitlerdən söz düşmüşkən, bunu da yazmaq vacibdir. İkinci Dünya Müharibəsi zamanı sovet qoşunlarında Semyon Hitler varmış. O, sonradan Sevastopol uğrunda döyüşlərdə həlak olmuşdu. Semyonun nəslinin davamçıları soyadını Hitlev edib.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Asiya İnkişaf Bankının prezidenti:“Azərbaycanda səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir”

SONRAKI XƏBƏR

Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb