Bunu etsəniz ürəyiniz sağlam qalacaq - Türk cərrah AÇIQLADI

Ürək və Aorta Cərrahi həkimi Mehmet Susam xəstələrinə ekstremal idman növləri ilə məşğul olmalarını tövsiyə edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda özəl xəstəxanada 16 ildir Ürək və Aorta Cərrahı kimi işlәyәn Mehmet Susam, travma riski olanlar istisna olmaqla ekstremal idman növünün zərərli olmadığını bildirib:

‘Bu idman növünün mәnfi tәsiri yoxdur. Futbol daha zərərli və təhlükəlidir”

23 ildir paraşüt və 4 ildir ‘‘wingsuit’’idmanıyla məşğul olduğunu söyləyən hәkim bu idman növləri ilə məşğul olan zaman sekresiya olunan adrenalinin bədənə faydalı olduğunu bildirib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Şəkidə mal-qara otaran gənci ilan sancıb

SONRAKI XƏBƏR

“Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim” - Video