Azərbaycanla Gürcüstanı birləşdirən magistral yol bağlandı

Azərbaycanla Gürcüstanı birləşdirən magistral yol bağlandı

Laqodehi şəhərində (Kaxeti regionu) suyun yeni ödəniş qaydalarından narazı olan əhali Azərbaycanla Gürcüstanı birləşdirən əsas magistral yolu bağlayıblar.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən bildirir ki, indi sakinlər istehlak etdikləri suyun haqqını ailə üzvlərinin sayına görə deyil, sayğacdakı göstəricilərə görə ödəməlidirlər.

Laqodehidə suvarma üçün texniki su olmadığına görə yerli əhali içməli sudan kənd təsərrüfatı məqsədi ilə də istifadə edir. Sayğacın göstəricilərinə görə, sakinlər, ola bilsin, ayda təxminən 100 lari (təxminən 30 dollar) ödəməli olsun.

Sakinlər sayğacların çıxarılmasını və su haqqının əvvəlki qaydalara uyğun olaraq ödənilməsini tələb edirlər.

Mənbə: qafqazinfo.az