Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bacarıqlı əllər” müsabiqəsi keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bacarıqlı əllər” müsabiqəsi keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bacarıqlı əllər” müsabiqəsi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qoşulan uşaqlar tikmə, toxuma, muncuqla işləmə, oyuncaq, şüşə üzərində rəsm, kağızdan bədii konstruksiya-oriqami və sair kimi əl işləri hazırlayıblar.

Qeyd edək ki, karantin müddəti başa çatdıqdan sonra hazırlanmış əl işlərindən ibarət sərginin təşkil edilməsi nəzərdə tutulub.

Mənbə: azertag.az