Avtobuslarda kondisionerlər niyə qoşulmur - RƏSMİ CAVAB

Avtobuslarda kondisionerlər niyə qoşulmur - RƏSMİ CAVAB

Bakıda gündəlik avtobusdan istifadə vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, bir çox avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.

BAKU.WS xəbər verir ki, sərnişinlər sürücülərdən havanın isti olması və içəridə nəfəs almağın (maska ilə) ağırlaşması səbəbindən kondisionerləri yandırmağı tələb edib.

Amma sürücülər kondisionerlərin qoşulmadığı üçün işləmədiyini bildiriblər. Yaranan mövcud problemə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirdi ki, adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman yəni 15 iyundan işə salınır:

"Amma buna qədər havanın tempuratur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaq havalandırmanı təmin etmək mümkündür.

Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa işə salınacaq".

Orxan HüseynBAKU.WS

Mənbə: baku.ws