"Loşarik" hücumu: Putin əsəbiləşir, Tramp xəstələnir... - Şok

"Loşarik" hücumu: Putin əsəbiləşir, Tramp xəstələnir... - Şok

Ötən ilin iyulunda Rusiyanın “Loşarik” (AC-12) atom sualtı qayığında 14 dənizçinin ölümü ilə nəticələnən qəza ilə bağlı hələ də ziddiyyətli fikirlər səsləndirilməkdədir.

Axar.az xəbər verir ki, bu günlərdə türkiyəli yazar Haluk Özdil sözügedən müəmma ilə bağlı inanılmaz iddialar səsləndirib.

O, AC-12-dəki qəza ilə bağlı hələ də sirlərin açılmadığını bildirib. H.Özdil qeyd edib ki, ABŞ uzun illərdir bu atom sualtı qayığı ilə bağlı bilgilər almaq istəsə də, buna nail olmayıb:

“Haqqında bəhs etdiyimiz gəmi Vladimir Putinin ani qərarı ilə hərəkətə keçir və ekipaj heyəti də son anda məlumatlandırıldı. Gəminin yola çıxmağı xəbərindən ictimaiyyətin məlumatı yox idi. Lakin axşam saatlarında Norveç mediasında “Rusiya sualtı gəmisində radiasiya sızıntısı” xəbəri yayılır. Bu barədə heç bir dövlətdən açıqlama gəlmir. Gecə saatlarında sualtı gəmiyə kiberhücumların edildiyi yönündə xəbərlər paylaşılır. Kiberhücumlarla gəminin sistemi həddən artıq yüklənir.

İndi sizə Türkiyənin bu olayla əlaqəsini açıqlayacağam. Bu deyəcəklərimin xüsusi xidmət orqanlarının arxivində olub-olmadığını bilmirəm. Deyilənlərə görə, kiberhücum Türkiyə ərazisindən həyata keçirilib.

Bəs kim edib bunu? Amerikalı qrupdan söhbət edir. Bir general, 2 zabit və 3 mütəxəssis... Qara dəniz üzərindən icra edilir. Gəminin partlayış anında Putin özündən çıxır. Rusiya tərəfi hücumun ABŞ-dan gəldiyini anlayır. Bu an Rusiya nüvə raketləri ABŞ-ı hədəf almaq üçün hazır vəziyyətə gətirilir. ABŞ da bunun fərqinə varır və o da nüvə raketlərini işə salır. O gün dünya yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Həmin ərəfədə Türkiyədə əməliyyat hesabları açıldı: Birində “Tramp infarkt oldu”, digərində isə “Dünya müharibəsinə 5 dəqiqə qalıb” deyə... Bu paylaşımların nə üçün Türkiyədən edildiyini bilmirik. Amma Tramp cərəyan edən bu proseslər zamanı səssizliyini qoruyub. Sonradan Trampın xəstəxanaya yerləşdirildiyi xəbərinin həqiqət olduğu ortaya çıxır. Son məlumatlarda isə siqnalın gəldiyi nöqtə (yazar burada çox güman ki, kiberhücumun həyata keçirildiyi ərazini nəzərdə tutur – red.) məhv edilir”.

Mənbə: axar.az